Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çempionlar Liqası: Bu gün II turun növbəti oyunları keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Çempionlar Liqası: Bu gün II turun növbəti oyunları keçirilib

Çempionlar Liqası: Bu gün II turun növbəti oyunları keçirilib


Bu gün UEFA Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib.

Madrid “Real”ı gözlənilmədən Fransada “Lill”ə uduzub.

Daha bir sensasiyaya İngiltərədə rast gəlinib. "Aston Villa" Almaniya nəhəngi "Bavariya"nı məğlub edib.

"Benfika" "Atletiko"nun qapısından 4 cavabsız top keçirib. Görüşə türkiyəli futbolçular damğa vurub. Kerem Aktürkoğlu və Orkun Kökçü hərəyə bir dəfə fərqləniblər.

"Yuventus" isə "Leypsiq" səfərində çətinlik çəkib. "Qoca sinyora" hesabda geri düşdüyü matçda əzmkar qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur

2 oktyabr

20:45 "Jirona" (İspaniya) – "Feyenoord" (Niderland) 2:3
20:45 "Şaxtyor" (Ukrayna) – "Atalanta" (İtaliya) 0:3
23:00 "Aston Villa" (İngiltərə) – "Bavariya" (Almaniya) 1:0
23:00 "Benfika" (Portuqaliya) – "Atletiko" (İspaniya) 4:0
23:00 "Dinamo" (Zaqreb) – "Monako" (Fransa) 2:2
23:00 "Lill" (Fransa) – "Real" (İspaniya) 1:0
23:00 "Liverpul" (İngiltərə) – "Bolonya" (İtaliya) 2:0
23:00 "Leypsiq" (Almaniya) – "Yuventus" (İtaliya) 2:3
23:00 "Şturm" (Avstriya) – "Brügge" (Belçika) 0:1

Geri dön