Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > COP29-da 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > COP29-da 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq

COP29-da 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq


100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri COP29-da açıqlanacaq.

Bunu EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, INTOSAI-a hazırda sədrlik edən Braziliya Ali Audit Orqanı (AAO) İNTOSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu ilə birlikdə ekspertlərin və beynəlxalq təşkilatların (BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP) və s.) dəstəyi ilə İqlim Skaneri adlı təşəbbüsə başlayıb.

“İqlim Skaneri aləti 100-dən çox AAO tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən işlərin qiymətləndirilməsini nəzərdə tutur. Hazırkı tarixə müxtəlif AAO-lar, o cümlədən Hesablama Palatası tərəfindən aparılan qiymətləndirmənin nəticələri icmallaşdırılması üçün müvafiq sistemə daxil edilib”- HP sədri qeyd edib.

Vüqar Gülməmmədov əlavə edib ki, qeyd olunan məsələdən irəli gələrək COP29 çərçivəsində 14 noyabr tarixində Hesablama Palatası və INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçiriləcək. Tədbirin beynəlxalq qurumlar, hökumət, parlament təmsilçiləri ilə yanaşı, bu sahədə böyük audit təcrübəsinə malik bəzi xarici ölkələrin AAO-larının nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Geri dön