Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aleksandr Bortnikov: NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Aleksandr Bortnikov: NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır

Aleksandr Bortnikov: NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır


NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında bildirib.

Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq.

“Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək”, - deyə Rusiya FTX rəhbəri qeyd edib.

Geri dön