Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb

Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb


Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbi Əfqanıstanın mənimsənilmiş aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb.

Lavrov bu barədə bu gün Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantıda deyib.
O, həmçinin qeyd edib ki, Rusiya tərəfi Əfqanıstanın regionda terrorizmlə mübarizə səylərini dəstəkləyir.

"Rusiya Federasiyası Əfqanıstan hakimiyyətinin regionda terror təhlükəsinin qarşısını almaq üçün səylərini dəstəkləyir", - deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantıda Taliban hökumətinin xarici işlər naziri səlahiyyətlərini icra edən Əmir Xan Möttəki də iştirak edir.

Geri dön