Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanda AES tikintisinə dair referendumda səsvermə başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Qazaxıstanda AES tikintisinə dair referendumda səsvermə başa çatıb

Qazaxıstanda AES tikintisinə dair referendumda səsvermə başa çatıb


Qazaxıstanda ölkədə atom elektrik stansiyasının (AES) tikintisinə dair keçirilən referendumda səsvermə başa çatıb.

Artıq saat 14.00-a qədər seçicilərin 51,77 faizi səs verdiyi, beləliklə, 50 faizlik baryer aşıldığına görə artıq referendum baş tutmuş sayılıb.

Saat 18.00-a seçici fəallığı 61,56 faiz olub. Saat 20.00-da başa çatan referendumda yekun seçici fəallığı yaxın saatlarda açıqlanacaq.

Qeyd edək ki, ölkədə AES tikilməsi üçün referendumda səs verənlərin 50 faizindən çoxunun bu qərarı dəstəkləməsi lazımdır. Referendumun nəticəsi səsvermədən sonra 7 gün ərzində açıqlanmalıdır.

Geri dön