Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon avro ayıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon avro ayıracaq

Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon avro ayıracaq


Hollandiya Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının hazırlanmasına təxminən 400 milyon avro ayıracaq.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Müdafiə naziri Ruben Brekelmans məsələyə münasibət bildirərkən bunları deyib:

"Hollandiya əvvəllər F-16 və Patriot sistemlərinin tədarükündə qabaqcıl rol oynayıb və indi biz bunu inkişaf etmiş pilotsuz təyyarələrlə davam etdiririk, PUA fəaliyyət planına 400 milyon avro sərmayə qoyuruq".

Onun sözlərinə görə, söhbət kəşfiyyat, müdafiə və hücum üçün istifadə oluna bilən hər cür perspektivli dronlardan gedir.

Nazir həmçinin artıq Ukraynaya 3,76 milyard avro vəsait ayrıldığını deyib.


Geri dön