Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > NATO Ermənistanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > NATO Ermənistanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir

NATO Ermənistanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir


Oktyabrın 2-dən 5-dək NATO Beynəlxalq Hərbi Qərargahının baş direktoru, general-leytenant Yanuş Adamçak Ermənistanda səfərdə olub.

Bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, İrəvanda olarkən Yanuş Adamçak, hərbi rəhbərlər və yüksək vəzifəli şəxslərlə görüşüb. Onların müzakirələrinə hərbi əməkdaşlıq, müdafiə islahatları və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi daxil olub.

“Biz Ermənistanın son iki ildə NATO ilə əməkdaşlıq səviyyəsini yüksəltməsini alqışlayırıq. Bura Kosovodakı KFOR missiyamıza əlavə qoşun töhfələri də daxildir”, - deyə Yanuş Adamçak bildirib.

O, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-leytenant Edvard Asryan ilə görüşündə NATO-nun Ermənistanla tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.

Geri dön