Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsini Azərbaycan xalqı böyük minnətdarlıqla qarşılayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsini Azərbaycan xalqı böyük minnətdarlıqla qarşılayıb

Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsini Azərbaycan xalqı böyük minnətdarlıqla qarşılayıb


Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Bu sözləri Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında bildirib.
“MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”, - dövlət başçısı vurğulayıb.

Geri dön