Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mesut Özil Azərbaycana gəlir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Mesut Özil Azərbaycana gəlir

Mesut Özil Azərbaycana gəlir


Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Mesut Özil Azərbaycana gələcək.

Bu barədə “Qarabağ” klubunun rəsmi saytı məlumat yayıb.

Ağdam klubunun dəvəti ilə Bakıya səfər edəcək ulduz futbolçu Azərbaycan çempionunun qonağı olacaq.

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış veteran yarımmüdafiəçi “Qarabağ”ın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək.

Oktyabrın 11-də “Azersun Arena”da keçiriləcək tədbir saat 16:30-da başlayacaq.

Qeyd edək ki, arenaya giriş sərbəst olacaq.


Geri dön