Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sahibə Qafarova və beynəlxalq konfransın iştirakçıları Emoməli Rəhmon ilə görüşüblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Sahibə Qafarova və beynəlxalq konfransın iştirakçıları Emoməli Rəhmon ilə görüşüblər

Sahibə Qafarova və beynəlxalq konfransın iştirakçıları Emoməli Rəhmon ilə görüşüblər


Veymar Üçbucağı (Almaniya, Fransa və Polşa) xarici işlər nazirləri Gürcüstanla bağlı birgə bəyanat yayıb.

Bəyanatda Gürcüstan hökumətinin fəaliyyətinin ölkənin Avropa İttifaqına üzvlük prosesini de-fakto dayandırdığı, ölkədə repressiya təhlükəsi yarandığı qeyd olunub.

“İyunun 27-də 27 Aİ üzvü ölkənin dövlət və hökumət başçılarını təmsil edən Avropa Şurasının bəyan etdiyi kimi, Gürcüstan hökumətinin Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin de-fakto dayandırılmasına səbəb olan hərəkətlərindən təəssüflənirik. Mənfi tendensiya narahatedici repressiya təhdidləri, maliyyəsinin 20%-dən çoxunu xaricdən alan QHT-lərə damğa vuran və onları xarici qüvvələrin maraqlarını güdən (təşkilat-red.) kimi qələmə verən “Şəffaflıq qanunu”nun qüvvəyə minməsindən sonra daha da pisləşib”, - bəyanatda qeyd olunub.

Əlavə olunub ki, Aİ Gürcüstan hakimiyyətinin Avropanın mövqeyi və siyasəti ilə bağlı yalan xəbərlər yaymasına dözüm göstərməyəcək.

“Biz Gürcüstan hökumətinə hazırkı fəaliyyət kursunu dəyişməyə dair çağırışımızı təkrar edirik. Aİ-Gürcüstan münasibətlərinin və əməkdaşlığının əhatə dairəsi və dərinliyi təhlükə altındadır”, - bəyanatda qeyd edilib.

Geri dön