Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq

Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq


Süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra olunacaq.

Bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.
Strategiyaya əsasən, 2024−2027-ci illərdə Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi n Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinet ilə birgə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, müvafiq sahədə pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir.

Qeyd olunan qurumlar bu müddət ərzində havadan suyun əldə edilməsi üzrə tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, müvafiq sahədə pilot layihələrin müəyyən edilməsini, havadan suyun əldə edilməsi texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir.

Geri dön