Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İcma: “Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > İcma: “Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”

İcma: “Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”


Ermənistanın Prezidenti Vahaqn Xaçaturyan ölkəsinin mətbuatına verdiyi müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb.

Bununla bağlı Qərbi Azərbaycan İcmasının bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur. Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayırıq və Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”.


Geri dön