Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > KİV: Aİ Rusiya və İran şirkətlərinə qarşı sanksiyaları genişləndirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > KİV: Aİ Rusiya və İran şirkətlərinə qarşı sanksiyaları genişləndirəcək

KİV: Aİ Rusiya və İran şirkətlərinə qarşı sanksiyaları genişləndirəcək


Avropa İttifaqı Rusiya və İranda fəaliyyət göstərən bir sıra şirkət və müəssisələrə qarşı sanksiyaları genişləndirəcək.

Bu barədə iddia ilə “Politico” nəşri çıxış edib.

Buna səbəb rəsmi Moskvaya qarşı digər ölkələrdə vəziyyətin gərginləşdirilməsinə yönələn addımları əks etdirən ittihamlardır.

Bildirilib ki, Avropa İttifaqına üzv ölkələrinin xarici işlər nazirləri oktyabrın 14-də keçirilən görüş zamanı bu məsələni gündəmə gətirərək, müvafiq qərarın qəbuluna çalışacaqlar. Əsas hədəfdə İranın Rusiyaya silah göndərilməsində iştirak edən şirkətlərinin olacağı açıqlanıb.

Nazirlər bu məhdudiyyətlərdən yayınmağa cəhd edənlərə qarşı daha sərt tədbirlərin görülməsini də nəzərdən keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu kimi addımları müəyyən edən mexanizm oktyabrın 8-də hazırlanıb. Müvafiq hesabatda Avropa İttifaqı rəsmi Moskvanı kiberhücumlarla yanaşı, seçkilərə müdaxilə, region ölkələrindəki vacib infrastruktur obyektlərində yanğın, vandalizm, təxribat və bu kimi digər qanunazidd əməllərin törədilməsində ittiham edib.

Eyni zamanda Rusiyanın Avrozonada bir sıra şəxslərə hücumlar təşkil etdiyi, habelə NATO-ya üzv dövlətlərdə peyk rabitəsinin təminatına süni əngəllər yaratdığı da açıqlanıb.

Geri dön