Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qeyri-sabit hava daha iki gün davam edəcək, bəzi çaylardan sel keçəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Qeyri-sabit hava daha iki gün davam edəcək, bəzi çaylardan sel keçəcək

Qeyri-sabit hava daha iki gün davam edəcək, bəzi çaylardan sel keçəcək


Azərbaycanın rayonlarında oktyabrın 16-sı gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Geri dön