Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şimali Koreya ordusu Cənubi Koreyaya gedən yolları partladıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Şimali Koreya ordusu Cənubi Koreyaya gedən yolları partladıb

Şimali Koreya ordusu Cənubi Koreyaya gedən yolları partladıb


Koreya Xalq Demokratik Respublikası ölkəni Cənubi Koreya ilə birləşdirən yol infrastrukturunu partladıb.

Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Hesabatda qeyd edilir ki, tədbirlər yarımadanın qərb və şərqindəki nəqliyyat xətlərinə təsir edib.

"Şimali Koreya günorta saatlarında hərbi demarkasiya xəttinin şimalındakı yolların hissələrini partladıb. Ordumuz hazırlığı və nəzarəti artırır", - məlumatda deyilir.


Geri dön