Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tokayev Azərbaycan-Ermənistan danışıqları üçün Almatı platformasını təmin etməyə hazır olduqlarını təsdiqləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Tokayev Azərbaycan-Ermənistan danışıqları üçün Almatı platformasını təmin etməyə hazır olduqlarını təsdiqləyib

Tokayev Azərbaycan-Ermənistan danışıqları üçün Almatı platformasını təmin etməyə hazır olduqlarını təsdiqləyib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib.

Qazaxıstan lideri bu barədə danışıqlar zamanı Ermənistan Prezidenti Vaaqn Xaçaturyana deyib.

Prezidentlər ticari-iqtisadi, nəqliyyat-logistika, aqrar, maliyyə, mədəni-humanitar sahələrdə, eləcə də rəqəmsallaşma sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qazaxıstan və Ermənistan dövlət başçıları regional və beynəlxalq gündəliyin aktual məsələlərinə də toxunublar.


Geri dön