Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Donetskin Krasnıy Yar yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Donetskin Krasnıy Yar yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib

Donetskin Krasnıy Yar yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib


Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Krasnıy Yar yaşayış məntəqəsini ələ keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları Pokrovsk şəhəri istiqamətində Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Krasnıy Yar yaşayış məntəqəsini nəzarətə götürüb.

Bundan başqa Rusiya MN qoşunlarının Luqansk vilayətinin Nevskoe kəndini ələ keçirdiyini də açıqlayıb.

Geri dön