Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Lavrov "3+3" platformasında iştirak üçün İstanbula gedəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Lavrov "3+3" platformasında iştirak üçün İstanbula gedəcək

Lavrov "3+3" platformasında iştirak üçün İstanbula gedəcək


Oktyabrın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbula səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrovun Türkiyəyə səfərinin məqsədi İstanbulda keçiriləcək “3+3” Regional Əməkdaşlıq Platformasının iclasında iştirak etməkdir.

Zaxarova qeyd edib ki, ölkəsi “3+3” regional əməkdaşlıq formatına Cənubi Qafqazda və Yaxın Şərqdə dayanıqlı sülh və sabitliyə nail olunması üçün səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, ticarət-iqtisadi, nəqliyyat-logostika, mədəniyyət-humanitar sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığın inkişafı üçün imkanlar kimi baxır.

Rusiya XİN sözçüsü onu da bildirib ki, İstanbulda məlum tədbir çərçivəsində Lavrovun ikitərəfli görüşləri də planlaşdırılıb.

Geri dön