Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan İcması İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyasına cavab verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > Qərbi Azərbaycan İcması İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyasına cavab verib

Qərbi Azərbaycan İcması İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyasına cavab verib


"Biz, İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyası tərəfindən irəli sürülmüş, ölkəmizə qarşı qərəz və böhtana əsaslanmaqla, İsveçrə hökumətinə “Azərbaycan hökuməti və Qarabağdan olan ermənilər arasında bir konfrans təşkil etmək” çağırışı edən təklifi qınayırıq."

Bu, Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında bildirilir.

Bəyanatda bildirilir ki, sənəddə yer almış ölkəmizin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq hüquqa zidd yanaşma və böhtan dolu fikirlər onun müəlliflərinin əsl niyyətinin heç də sülh və dialoqu təşviq etmək olmadığını göstərir.

Bəyanatda həmçinin Azərbaycan hökumətinin Qarabağdan olan ermənilərin reinteqrasiyası üçün planlarını ictimaiyyətə açıqladığı və ötən il onlarla dialoq aparıldığı, lakin Qarabağdan olan ermənilərin dialoqdan və Azərbaycanın reinteqrasiya təklifindən imtina etdikləri bildirilir.

"Belə olan şəraitdə İsveçrənin bitərəfliyinə istinad edib, bədnam gündəlik və formatla “dialoq”a çağırış etmək bu ölkənin bitərəf statusundan sui-istifadədir və regiondakı vəziyyəti gərginləşdirməyə xidmət edir. Regiondan xəbəri olmayan dairələrin Azərbaycanın daxili işlərinə qarışan bu cür cəhdləri təkəbbürlü yanaşma olmaqla, tamamilə qəbuledilməzdir", - bəyanatda deyilir.

Bəyanatda həmçinin vurğulanır ki, Qarabağ münaqişəsi artıq beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapıb. Buna baxmayaraq, son dövrlər bəzi qərb dairələrinin regionda yenidən münaqişə yaratmaq cəhdlərini müşahidə edilir. İsveçrə parlamentində irəli sürülmüş son təşəbbüs də bunun tərkib hissəsidir.

"İsveçrə parlamentinə xatırladırıq ki, dialoqa çağırılmalı olan öz ərazisindən azərbaycanlıları zorla çıxarmış olan Ermənistan hökumətidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə dialoq üçün müraciət etsə də bu, cavabsız qalmışdır. Bundan əlavə, məhz azərbaycanlıların Ermənistana qayıdışı üçün beynəlxalq nəzarət altında olan proses təşkil edilməlidir.", - deyilir.

Sonda Qərbi Azərbaycan İcması, üzvləri tərəfindən son günlərdə Azərbaycana qarşı iki sənəd irəli sürülmüş İsveçrə parlamentini sözügedən qərəzli və zərərli addımları dayandırmağa çağırıb. İcma İsveçrə parlamentinin üzvlərindən Ermənistan tərəfindən qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağı və onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edib.


Geri dön