Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millət vəkil Fərəc Quliyevin 05.03.2013 tarixdə Milli Məclisin iclasında çıxışı.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Millət vəkil Fərəc Quliyevin 05.03.2013 tarixdə Milli Məclisin iclasında çıxışı.

Millət vəkil Fərəc Quliyevin 05.03.2013 tarixdə Milli Məclisin iclasında çıxışı.


(olduğu kimi)
Hörmətli Millət vəkilləri,hörmətli Müvəkkil, əhatəli və səmərəli təkliflərlə zəngin illik məruzəni dinlədikdən sonra bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm.

1. Vətəndaşlar həmişə, azad və ədalətli məhkəmə, dürüst və vicdanlı idarəçilik umurlar.
Əsas qorxu ,Dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad olmadıqca, insanların dəyişikliklərə olan inamının itməsidir,nicatını kənarda axtarmağa meyl etməsidir. Məmurların özbaşınalığı, vətəndaşların dövlət qurumlarında incidilməsi, insanlarla kobud davranılması kimi faktların geniş yayıldığı bir vaxtda Müvəkkilin bu məsələlərə münasibəti ümumi və səthi xarakterdə olmamalıdır.Bu institut əməli fəaliyyətlə qanunun ,vətəndaşların yanında olmalıdır.

2. Azərbaycanda etiraz edənlərin zorakılıqla susdurulması, nümayişçilərin döyülməsi, jurnalistlərin həbsilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlardan və ölkələrdən gələn tənqidi hesabatlarının nəticələrini aradan qaldirmaga çalışmaqdansa,asayişin qorunması zamanı bu funksiyanı yerinə yetirənlərin insanlarla qanun çərçivəsində davranmasını,zorakılıq hallarına yol verenlərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün Müvəkkil də üzərinə düşənləri etməlidir.Düşünürəm ki,bu sahədə boşluq var.Və bu hallar Avropa təsisatlarında sonradan bizipis vəziyyətdə qoyur.

3. Ermənilər bu günə qədər Sumqayıt hadisələrinə görə bizi ittiham edir. Sumqayıt hadisələrilə bağlı cinayət işi təzələndi. Amma 3 ildir ki, ortada ciddi bir iş yoxdur.Bu məsələ ilə baglı da müəyyən tövsiyələrin hazırlanması zəruridir.

4. Müvəkkilin jurnalistlərin həbs hallarının, onlara qarşı irəli sürülən ittihamların ədalətli araşdırılmasını təmin etmək;
-obyektiv və qərəzsiz tənqidçi qəzetləri ağlasığmaz cərimə tələbləri qoyulan iddialardan qorumaq;
-ifadə azadlığı ilə bağlı qanunlara pozitiv dəyişiklik etmək, informasiya əldə etməyə görə ödənişlər nəzərdə tutan, kommersiya hüquqi şəxslərinin sahibləri haqqında reyestr məlumatlarını sirr sayan müddəaları, habelə ifadə azadlığı konsepsiyası ilə bir araya sığmayan digər müddəaları ləğv etmək təşəbbusləri ilə müvafiq orqanlar qarşısında çıxış etməsi vacibdir.
Bununla belə jurnalistlərin də qanunun tələblərinə əməl etməsi,yazılarında vətəndaşların şəxsi və ailə həyatına müdaxilə etməməsi,onların işgüzar nüfuzuna xələl gətirməməsi üçün də müvafiq strukturlar qarşısında eyni təşəbbüskarlığı göstərməlidir.

5. Müvəkkilin vətəndaşların mənzillə təmin olunması,habelə köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsi məsələsinin həlllinə kompleks yanaşmanı əks etdirən məqsədli Dövlət Proqramının hazırlanmasını və həyata kecirməsini tövsiyə etməsi təqdirə layiq hal saymaqla bərabər ,hesab edirəm ki,uzun illərdir mənzillərində məcburi köçkünlər məskunlaşan,kirayədə qalmaq məcburiyyətində qalan vətəndaşların,xüsusilə hərbçilərin mənzillərini özlərinə qaytarmaq üçün bu mənzillərdə məskunlaşan məcburi köçkünlərin ilk növbədə mənzillə təmin olunması yönündə addımlar atılmalıdır.Bu yöndə Müvəkkil də öz töhvəsini verməlidir.

6. Müvəkkilin bələdiyyələrin dirçəldilməsi ilə bağlı güzəştli kreditlər verilməsi təklifi yerinə,yerli icra strukturlarının səlahiyyətlərinin azaldılması hesabına bələdiyyələrin səlahiyyətlərinin artırılmasını özündə ehtiva edən tövsiyə paketinin hazırlanması daha yerində olardı.Bu idarəetmədə paralelliyin aradan qaldırılması,büdcəyə qənaət,vətəndaşların dövlət idarəçiliyində daha yaxından iştirakına səbəb olardı.
Düşünürəm ki,təkliflərim nəzərə alınacaqdır.diqqətinizə görə təşəkkür edirəm

Geri dön