Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünivar Azərbaycan xalqını təbrik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünivar Azərbaycan xalqını təbrik edib

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünivar Azərbaycan xalqını təbrik edib


Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, professor Necdət Ünivar Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib. TRT-nin Bakı nümayəndəliyindən verilən xəbərə görə, təbrikdə deyilir:

“Dost və qardaş Azərbaycanın Novruz Bayramını təbrik edirəm. Novruz baharın müjdəçisi, dostluqların möhkəmlənməsinə vəsilə olan günlərdən biridir. Novruz bütün türk dünyası üçün bayramdır, ancaq Azərbaycan xalqı qədim ənənələri bütün rəngarəngliyi ilə qoruyub saxlamaqla, öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirməklə bu bayramı yaşatmışdır. Bir daha Azərbaycan xalqının bu özəl bayramını təbrik edir, qardaşlarıma bol ruzi bərəkət, səadət gətirməsini arzulayıram”.

Geri dön