Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÜNEY XƏBƏRLƏRİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ

GÜNEY XƏBƏRLƏRİ


ETTELAAT Təbrizdə Güney Azərbaycan Tələbə Hərəkatının üç üzvünü həbs edib

Təbriz şəhərində İran İnformasiya və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Güney Azərbaycan Tələbə Hərəkatının bir neçə fəalını həbs ediblər. Bəhruz Fəridi, Araş Məhəmmədi və Siyavuş Məhəmmədinin evinə basqın edən təhlükəsizlik xidmətinin əməkdaşları onları döyüblər.
Daha sonra evdə axtarış aparılıb, onlara məxsus kitablar, kompyuterlər və əlyazmalar müsadirə edilib. Hazırda milli fəallar ETTELAAT-ın Təbriz şöbəsində saxlanılır.
Qeyd edək ki, Güney Azərbaycanda həbsdə olan siyasi məhbusların əksəriyyəti ya universitet tələbəsidir, ya da siyasi fəaliyyətlərinə tələbəlikdən başlamış fəallardır.


Mehdi Həmidi Şəfiqin azadlığı uğrunda fəaliyyət göstərəcək Vebsəhifə yaradılıb


Azərbaycanlı milli-mədəni fəal Mehdi Həmidi Şəfiqin azadlığa uğrunda cəhdlər davam edir.
Bu zəmində yaradılan Vebsəhifə, Həmidi şəfiq və başqa milli-mədəni fəallar barədə yazılar və xəbərlər dərc edəcək.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan 30 nəfərdən biridir. Xatırladaq ki, dünən bir neçə azərbaycanlı fəal o cümlədən Həmidi Şəfiqin məhkəmə iclası keçirilib.

Sözü gedən Veblaqın adresi:

http://mehdi-hemidi.blogsky.com

Geri dön