Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran prezidenti Mahmud Əhmədinejad ilin sonuna kimi Ermənistana səfər edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları > İran prezidenti Mahmud Əhmədinejad ilin sonuna kimi Ermənistana səfər edəcək

İran prezidenti Mahmud Əhmədinejad ilin sonuna kimi Ermənistana səfər edəcək


Ermənistanda səfərdə olan İranın xarici işlər naziri prezidentin səfərinə hazırlıq məsələlərini müzakirə edib

Edvard Nalbandyan: “Əli Əkbər Salehinin səfəri iki ölkə arasında dialoqun davam etdirilməsi üçün yaxşı əsas rolunu oynayıb”


İran prezidenti Mahmud Əhmədinejad bu ilin sonuna kimi Ermənistana səfər edəcək. “Armtoday” saytının yaydığı məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iranlı həmkarı Əli Əkbər Salehi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Ermənistan və İranın xarici işlər nazirləri Mahmud Əhmədinejadın İrəvana səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.

Edvard Nalbandyan bildirib ki, iranlı həmkarı ilə görüş iki ölkə arasında dialoqun davam etdirilməsi üçün yaxşı əsas rolunu oynayıb: “Görüşdə ikitərəfli münasibətlər, xüsusilə inkişaf etməkdə olan iqtisadi əlaqələrimizi müzakirə etdik. Hazırda İran və Ermənistanın iştirakı ilə reallaşdırılan birgə layihələr var, həmçinin nəqliyyat və energetika sahəsini əhatə edən perspektiv layihələrimiz var. Biz iki ölkənin prezidentləri arasında əldə olunan razılaşmaların reallaşdırılması prosesini müzakirə etdik, həmçinin regional məsələlərə də toxunduq”.

Geri dön