Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naməlum şəxslər Xasavyurtda deputata atəş açaraq yaralayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Dərbənd > Naməlum şəxslər Xasavyurtda deputata atəş açaraq yaralayıb

Naməlum şəxslər Xasavyurtda deputata atəş açaraq yaralayıb


Xasavyurt şəhərində naməlum şəxslər Dağıstan parlamentinin deputatı Musa İslalovu yaralayıb. Bu barədə “RİA Novosti”yə DİN-nin mətbuat xidmətində məlumat verilib.

“Deputat maşınına minərkən ona naməlum şəxslər yaxınlaşıb. İstədiklərini almadıqda onlar atəş açaraq deputatı ayağından yaralayıb hadisə yerindən uzaqlaşıblar. Deputat yüngül yaralanıb və xəstəxanaya çatdırılıb”, deyə mənbə bildirib.

Məlumata görə, insidentin Musa İslalovun xidməti fəaliyyəti ilə əlaqəsi yoxdur. “Hücum edənlərdə pul marağı olub, çünki deputat tikinti biznesi ilə məşğul olub”, deyə İstintaq Komitəsinin nümayəndəsi qeyd edib.

Hücum edənlərin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Geri dön