Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Britaniyanın keçmiş baş naziri vəfat edib.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Britaniyanın keçmiş baş naziri vəfat edib.

Britaniyanın keçmiş baş naziri vəfat edib.


Britaniya rəsmiləri keçmiş baş nazirin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı vermişlər.
“The Guardian” qəzetinin verdiyi xəbərə görə, Böyük Britaniyanın Baş naziri Devid Kameron sabiq baş nazirin ölüm xəbərini aldıqdan sonra Avropa səfərini təxirə salmışdır. Bu barədə məlumat D.Kamerona ispanyalı həmkarı Mariano Rajoy ilə görüş zamanı çatdırılmışdır. D.Kameron açıqlamsında bildirmişdir: “Xanım Tetçerin ölüm xəbəri məni çox kədərləndirmişdir. Biz böyük bir lider, görkəmli baş nazir və dahi bir britaniyalını itirmişik.”
Kraliçanın da hadisədən kədərləndiyi bildirilmişdir. “Bukingham Palace” açıqlamasında Kraliçanın mərhumun ailəsinə şəxsi baş sağlığı məktubu göndərəcəyini qeyd etmişdir. Leyboristlər partiyasının lideri Ed Miliband M.Tetçerin bənzərsiz bir şəxsiyyət kimi xatirlanacağını qeyd etmişdir. Bildirilmişdir ki, M.Tetçer Britaniyanın ilk qadın baş naziri, gələcək nəsillərin siyasətinə yön verən, həm Birləşmiş Krallıqda həm də dünyada tanınan dahi şəxs olmuşdur. Liberal Demokratlar Partiyasının lideri Nik Kleqq sabiq baş nazirin müasir Britaniya siyasətində önəmli şəxslərdən olduğunu vurğulamışdır.
Keçmiş baş nazir Toni Bleyr M.Tetçeri “yüksələn siyasi xadim” kimi xatırlamışdır. Britaniyanın digər rəsmiləri də mərhumun ailəsinə və yaxınlarına başsağlığı vermişlər.

Geri dön