Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zaman qazeti:İran məsələsində edilən dəhşətli səhvlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Zaman qazeti:İran məsələsində edilən dəhşətli səhvlər

Zaman qazeti:İran məsələsində edilən dəhşətli səhvlər


«Zaman» qəzetinin köşə yazarı bəzi gerçəkləri üzə çıxarıb


«Zaman» qəzetinin köşə yazarı Əli Ünal İranla bağlı bəzi həqiqiqətləri üzə çıxarmağa çalışıb. Milli Düşüncə İnstitutunun (MDİ) saytında gedən yazıda yazar bildirir ki, Türkiyə mediasında bəzən o qədər dəhşətli səhv məlumatlar olur. İnsan da «Bunu ancaq cahil insanlar edə bilər!» demək istəyir. Bu səhvlərdən bir çoxu da İranla bağlı baş verir.
Birincisi, Türkiyə mediası xüsusilə ərəb və fars mənşəli sözləri ingilis dilində Qərb dillərindən aldığına görə davamlı olaraq səhv yazır. İngilis dilində sözlər yazıldığından fərqli oxunduğuna görə, xüsusilə ərəb və fars dilindəki sözlər öz tələffüzlərilə verilə bilmək üçün ingilis dilində fərqli yazılır, amma əsl tələffüzləri ilə tələffüz edilir. Türkiyə mediası da bu sözləri eynilə ingiliscə yazılış şəkli ilə alıb yazıldığı kimi tələffüz edir. Məsələn Musavi, Kedhudai, Kadhodai kimi sözlər olduğu kimi yazılıb tələffüz edilir. Bu ölkədə bir zamanlar Uqandanın məşhur dövlət başçısı İdi Əmini (Bayram Əmin) həmişə İdi Amin olaraq yazılıb tələffüz etdilər və bu səhv yenə də təkrar edilir.
İkincisi, qəzetlərdə yazıb televiziyalara çıxanlar İranda 2000 illik fars dövlət ənənəsindən bəhs edirlər. Hərçənd Qərb tarixçiləri 1935-ci ildə müasir İran qurulana qədər bu ölkədə ortaya çıxan bütün imperiyalara fars imperiyaları desələr də, bu heç zaman belə olmayıb. Farslar və ya fars imperiyaları mənasında istifadə olunan sonuncu imperiya Sasanilərlə birlikdə 651-ci ildə tarixə qarışıb. Bundan sonra İranda Həzrəti Əbubəkr xaricində Raşidi xəlifələr, Əməvilər, Abbasilər, Səlcuqlar, Xarəzmşahlar, Monqol-Elxanlilər, Teymurilər və s. hökm ediblər. Bunların da heç biri fars deyil. Eyni zamanda hazırkı dövlətin də varisi olduğu şiə İran Şah İsmayıl tərəfindən XVI əsrin əvvəllərində qurulub. Hə Şah İsmayıl, nə də ordusunu və rəhbərliyini təşkil edən əsl heyət fars olmayıb. Faruk Sümer «Səfəvilər dövlətinin quruluş və inkişafında Anadolu türklərinin rolu» adlı əsərində Anadoludan axın edib Şah İsmayıla qatılan və onun ordusunu meydana gətirən türkmən boylarının tək-tək adlarını çəkir.
Üçüncüsü, Türkiyədə demək olar həmişə edilən başqa bir səhv İranın müsəlmanlar tərəfindən fəth edildiyi tarixdən bəri həmişə şiəliyin mərkəzi kimi bilinməsidir. İranda Qum və Məşhəd (köhnə adı Tus), Həzrəti İmam Əli Rzanın qəbrinə görə şiə mərkəzləri olub. Bunun xaricində İranı rəsmi olaraq şiələşdirən Səfəvilərə kimi İran sanki sünniliyin mərkəzlərindəndir. Sünni alimlərin, xüsusilə sünni təsəvvüf böyüklərinin, Hafiz, Sədi kimi nəhəng ədiblərin bir çoxu iranlıdır. İslam dünyasında Səfəvilərə kimi 8,5 əsr, xüsusilə İraq, Livan, Ərəbistanın şərqində Dahran kimi bölgələr şiələrin ən sıx olduğu yerlər olub.

Geri dön