Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrandan Suriyaya uçan təyyarə məcburi endirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > İrandan Suriyaya uçan təyyarə məcburi endirildi

İrandan Suriyaya uçan təyyarə məcburi endirildi


Aprelin 8-də Suriyanın paytaxtı Dəməşq şəhərinə uçan İranın yük təyyarəsi İraq hava məkanına daxil olduğu zaman Bağdad beynəlxalq hava limanına enməyə məcbur edilib.


Təyyarədə axtarış aparılıb. İraq Nəqliyyat Nazirliyinin sözçüsü Kərim ən-Nurinin iştirak etdiyi yoxlamada yerli media nümayəndələri də iştirak edib.


Qeyd edək ki, İran yük təyyarəsində heç bir silah və ya şübhəli yükə rast gəlinməyib. Təyyarənin yalnız dərman və tibbi vəsaitlər daşıdığı və axtarışdan sonra dərhal Dəməşqə getmək üçün Bağdad hava limanını tərk etdiyi bildirilib. Ümumiyyətlə, son aylarda üçüncü dəfədir İraq rəsmiləri İran təyyarəsini məcburən endirərək axtarış aparırlar. Hətta ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Con Kerri İraqa son səfərində bu ölkə rəsmilərindən İrandan Suriyaya uçan təyyarələrin daha sıx axtarılmasını istəyib.

Geri dön