Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “ATV İNTERNATİONAL” müstəqil fəaliyyət göstərəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “ATV İNTERNATİONAL” müstəqil fəaliyyət göstərəcək

“ATV İNTERNATİONAL” müstəqil fəaliyyət göstərəcək


ATV televiziya kanalının nəzdində olan "ATV İnternational" artıq ayrıca kanal kimi fəaliyyət göstərəcək. "ARDNŞ Media" İctimai birliyinin nəzdində fəaliyyətə başlayacaq yeni televiziya kanalı "CBC" (Caspian Broadcasting Company) adlanacaq.

Telekanalın təqdimatında ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov bildirib ki, ARDNŞ artıq Azərbaycandan kənarda investisiya layihələri həyata keçirir. O cümlədən, şirkət Avropada da bir sıra investisiya layihələri həyata keçirir. "Həmin layihələrlə yanaşı ARDNŞ sosial layihələr də reallaşdırır, ictimai rəydə fikirin formalaması üçün müəyyən işlər görür. Bu məqsədlə də "SOCAR Media" Qeyri-Kommersiya İctimai Birliyi yaradılıb. Bizim üçün Azərbaycanda azad mediaya dəstək vermək çox maraqlıdır", - deyə X. Məmmədov vurğulayıb.

Məmmədov vurğulayıb ki, məqsəd "CBC" timsalında regionda lider televiziya kanalını yaratmaqdır. O qeyd edib ki, kanalda müxtəlif dillərdə verilişlər yayımlanacaq və həmin verilişlərin yalnız 10 faizi Azərbaycan dilində olacaq. "CBC-nin regionda yaşayan digər xalqların dilində yayımlanması ARDNŞ-in biznes maraqlarını, həmçinin Azərbaycan dövlətinin siyasətini təbliğ etməyə imkan verəcək", - o deyib.

"CBC" telekanalının direktoru Azər Xəlilov təqdimat mərasimində bidirib ki, telekanalın yayımının əsas məqsədi milli ideya, azərbaycançılıq, tolerantlıq, həmçinin milli ağrı olan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar yaymaqdır. O, həmçinin bildirb ki, telekanal dünyada olan Azərbaycan diasporu üçün Azərbaycanla körpü rolunu oynayacaq. Xəlilov bildirib ki, artıq telekanalda yeni kadrlar özəyinin formalaşmasının başlanacaq. Xəlilov bildirib ki, telekanallın veb saytı da yaradılacaq ki, buda multimedia platformasının genişlənməsinə şərait yaradacaq.

Geri dön