Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Qazaxıstan dünya proseslərinə birgə yanaşmalar hazırlamalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Azərbaycan və Qazaxıstan dünya proseslərinə birgə yanaşmalar hazırlamalıdır

Azərbaycan və Qazaxıstan dünya proseslərinə birgə yanaşmalar hazırlamalıdır


Azərbaycan və Qazaxıstan postsovet məkanında ən müvəffəqiyyətli ölkələrdir. Bu barədə cümə axşamı Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmaları İnstitutunun rəhbəri Bulat Sultanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan gəlirləri orta səviyyədə olan ölkələrdir və iqtisadi və sosial inkişafda əhəmiyyətli uğurlara nail olublar. Müasir dünyada yaranan yeni çağırış və təhdidlərdən tərəflərin ümumi məqsədlərində istifadə etmək lazımdır, - Sultanov bildirib.
"Tərəflər dünyada baş verən proseslərə birgə yanaşmalar hazırlaya bilərlər və mənə elə gəlir ki, hazırlamalıdırlar", - institut rəhbəri qeyd edib.
Sultanovun fikrincə, Xəzər problemi (hüquqi statusunun təyini) yalnız beş Xəzəryani ölkənin problemidir və onlar bunu öz şəxsi maraqları çərçivəsində həll etməlidirlər.
"Xəzər regionunda iqtisadi əməkdaşlıq və tranzit marşurutları" dəyirmi masasının gedişində çıxış edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib ki, Xəzər dənizi Azərbaycan üçün böyük prespektivlər və iştirak imkanlarını açan Mərkəzi Asiya regionu bazarına çıxışdır.
Məmmədovun sözlərinə görə, Qazaxıstan və Azərbaycanı yalnız iqtisadi naliyyətlər deyil, həmçinin, ölkə iqtisadiyyatının şaxələndirilməsi, Xəzər dənizinin bölünməsi və təhlükəsizliyi kimi digər çağırışlar da birlişdirir.

Geri dön