Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə’nin başkəndi Ankara’da, Prof.Dr.Zehtabi’nin anma törəni keçiriləcəkdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan > Türkiyə’nin başkəndi Ankara’da, Prof.Dr.Zehtabi’nin anma törəni keçiriləcəkdir

Türkiyə’nin başkəndi Ankara’da, Prof.Dr.Zehtabi’nin anma törəni keçiriləcəkdir


(2013-cü il, Prof. Dr. Zehtabi ili)

Türkiyə’nin başkəndi Ankara’da, Prof.Dr.Zehtabi’nin anma törəni keçiriləcəkdir. Anma törəni, Bazar günü, Aprel(Nisan) ayının 21-ində keçiriləcəkdir. Bu konfransda Prof. Dr. Zehtabi haqqında məqalələr oxunulacaqdır. Məqalələr juri heyəti tərəfindən seçiləcəkdir. Prof. Dr. Zehtabi’nin yaradıcılığı haqqında yazılan məqalələr, Aprel ayının 19-una qədər“prof.zehtabi.anma@gmail.com” E-mail adresinə göndərilə bilər. Məqalələr həcmindən asılı olmayaraq konfransda ən çox 15 dəqiqədə sunulmalıdır.
Məqalələrin qonusu, Prof. Zehtabi’nin ədəbi yaradıcılığı, tarix və dil üzərində düşüncələri, eləcə də Prof. Zehtabinin Güney Azərbaycan’da etkisi kimi qonular ola bilər. Bununla belə qonuları qısıtlamadan konfransda sunmaq üçün Prof. Dr. Zehtabi mehvərli hər hansı bir məqalə göndərilə bilər.
Konfrans üçün göndərilən məqalələr juri heyəti tərəfindən qəbul olunduqdan sonra yazara bildiriləcəkdir.
Konfras müstəqil olaraq keçirilir. konfransda iştirak edən çıxışçı vəya iştirakçılar hər hansı bir orqana mənsubiyyətlərindən asılı olmayaraq həqiqi şəxs olaraq iştirak edəcəklər.
Artırmalıyıq, Güney Azərbaycan’da 2013-cü il, yazarlar, şairlər və milli fəallar tərəfindən Prof. Dr. Zehtabi ili olaraq elan edilmişdir.

Jüri heyəti: Fərhad RƏHİMİ, Hadi QARAÇAY, Toğrul ATABAY
Moderatör : Ramin CABBARLI
Orqanizasyon : Güney Azərbaycan Milli Fəalları


E-mail: prof.zehtabi.anma@gmail.com
Yer: AZERBAYCAN KÜLTÜR DERNEĞİ( Bayındır Sokak 37/6, Kızılay, ANKARA/ TÜRKİYE)
Zaman: 14.00

Geri dön