Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda beynəlxalq turnirdə 10 ölkənin güləşçiləri mübarizə aparacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bakıda beynəlxalq turnirdə 10 ölkənin güləşçiləri mübarizə aparacaq

Bakıda beynəlxalq turnirdə 10 ölkənin güləşçiləri mübarizə aparacaq


Aprelin 18-21-də Bakıda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Federasiyadan bildiriblər ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri iştirak edəcək.

Turnirin proqramına əsasən, aprelin 18-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 19-da yunan-Roma güləşi üzrə gənclər, 20-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 21-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Geri dön