Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Jurnalistlər arasında Güney Azərbaycan haqda yazı müsabiqəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > Jurnalistlər arasında Güney Azərbaycan haqda yazı müsabiqəsi

Jurnalistlər arasında Güney Azərbaycan haqda yazı müsabiqəsi


« Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi jurnalistlər arasında müsabiqə elan edir. Müsabiqəyə çap mediasında, saytlarda çalışanlar, televiziya və radio əməkdaşları qatıla bilərlər.
Müsabiqəyə göndərilən materiallar (reportaj, araşdırma, analiz) Güney Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar və ekoloji problemlərini əhatə etməlidir. Arazın o tayındakı vəziyyəti Şimali Azərbaycan oxucusuna, seyrçisinə və dinləyəcisinə maraqlı, dolğun və orijilal üslubda çatdıran materiallara üstünlük veriləcək.
Qəzet və ya saytlarda yayınlanan məqalələrin həcmi 8-11 min çap işarəsi həcmində olmalıdır. Bir müəllifin müsabiqəyə bir neçə məqalə təqdim etməsi mümkündür.
Bu elanın dərcindən əvvəlki materiallar müsabiqəyə qəbul olunmayacaq.
Məqalələrin müəllifləri yazıların linklərini və özləri haqqında məlumatları (tərcümeyi-hal, şəkil və telefon nömrələri) gamac.musabiqe@gmail.com email adresinə göndərməlidirlər.
Qaliblərə aşağıdakı mükafatlar təqdim olunacaq:
1-ci yer – 1000 manat;
2-ci yer – 800 manat;
3-cü yer – 600 manat.
Sonrakı 5 yazı üçün 200 manat dəyərində həvəsləndirici mükafat nəzərdə tutulub. Digər müəlliflər isə fəxri diplomlarla mükafatlandırılacaqlar.
Güney Azərbaycan mövzusunda ən yaxşı televiziya və ya radio reportajı, o cümlədən qısametrajlı film üçün mükafatın məbləği 1000 manatdır. Müsabiqəyə təqdim edilən televiziya və ya radio reportajların, qısametrajlı filmlərin diskləri də gamac.musabiqe@gmail.com email ünvanına göndərilməlidir.
Yazı və disklərin qəbulu tarixi aprelin 16-dan iyun ayının 30-a qədərdir. Mükafatların təqdim edilməsi mərasimi iyul ayının ortalarında gerçəkləşəcək.
Güney Azərbaycan mövzusunda qələmə alınan və müsabiqəyə göndərilən yazıların əhəmiyyətli hissəsinin ilin sonuna qədər kitab şəklində çapı nəzərdə tutulub.

Geri dön