Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda 10 ev yanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Bakıda 10 ev yanıb

Bakıda 10 ev yanıb


Bakıda güclü yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Hadisə bu gün səhər saatlarında Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində qeydə alınıb. Bir-birinə bitişik yaşayış evlərindən birində baş verən yanğın tezliklə qonşu tikililərə keçib. Nəticədə 10-dan çox ev yanaraq yararsız hala düşüb. Hadisə yerinə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib. Yanğının qarşısını tez bir zamanda almaq mümkün olub.

İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Geri dön