Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İnformasiya Texnologiyaları Universiteti sentyabrın 15-dən fəaliyyətə başlayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > İnformasiya Texnologiyaları Universiteti sentyabrın 15-dən fəaliyyətə başlayacaq

İnformasiya Texnologiyaları Universiteti sentyabrın 15-dən fəaliyyətə başlayacaq


Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan İnformasiya Texnologiyaları Universiteti bu il sentyabrın 15-dən etibarən fəaliyyətə başlayacaq. Bunu çərşənbə axşamı jurnalistlərə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov deyib.

Pirməmmədov qeyd edib ki, həmin universitetin əsasnaməsi və hansı ixtisaslar üzrə kadrlar hazırlayacağına dair sənədlər Təhsil Nazirliyinə göndərilib.

"Bu yaxınlarda Təhsil Nazirliyi bununla bağlı öz rəyini bildirəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə qəbul planına əsasən tələbələrin qəbulunu aparacaq", - Pirməmmədov bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Geri dön