Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > «Rusiyanın son addımlarını da nəzərə almaq lazımdır»
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər > «Rusiyanın son addımlarını da nəzərə almaq lazımdır»

«Rusiyanın son addımlarını da nəzərə almaq lazımdır»


Fərəc Quliyev: «Bunlar həm də vaxtında sərt mövqe qoyulmamasının nəticəsidir»
Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Milli Məclisinin iclasında çıxışı zamanı maraqlı təkliflər səsləndirib. Deputat bildirib ki, Avropa parlamentarilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın icazəsini almadan Ermənistan üzərindən və birbaşa səfər etməsi mütləq qınanmaqla yanaşı həm də adekvat cavablandırılmalıdır: «Bu ölkələrin vətəndaşı olduğu ölkələrlə münasibətlərə yenidən baxılmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi həmin ölkələrin Bakıdakı səfirliklərinə etiraz notası verməlidir. Dövlət tərəfindən sərt addımlar atılmadıqca, bir çox dövlətlər davamlı özbaşınalıq sərgiləyir».Yeri gəlmişkən, deputat xatırladıb ki, Rusiyanın son addımlarını da nəzərə almaq lazımdır: «Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına daxil olan federal Ləzgi Milli-Muxtariyyətinin Avropa turnesində ölkəmiz əleyhinə apardığı kompaniya zamanı ölkəmiz əleyhinə Avropa təsisatlarında separatçı mövqe nümayiş olundu. Putinin numayəndəsi, RATİ-nin üzvü və Dağıstanın prezidenti səlahiyyətlərin icra edən Abdullatipovun açıq-aydın Azərbaycana qarşı bölücü çağırışları səsləndi.İndi Azərbaycanlı gənclərin Moskvaya çağırılıb təlimatlandırılması xəbərləri gəlir. Əgər Rusiyanın Azərbaycandakı səfiri ölkəmizin şimal bölgələrində bölücü çağırışlarla müşayət olunan görüşləri zamanı adekvat münasibət sərgilənsəydi, yəqin ki, fərqli mənzərə olardı. Bunlar həm də vaxtında sərt mövqe qoyulmamasının nəticəsidir. Azərbaycan hökuməti belə məsələlərdə dərhal adekvat addım atmalı, bu ölkələrlə olan iqtisadi münasibətlərdə, ölkəmizin suveren hüquq və ərazi bütövlüyünə olan münasibət kriteriya kimi götürülməlidir».

Elməddin Günxeber.com

Geri dön