Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın Təbrizdəki Baş Konsulluğu AMEA Ədəbiyyat İnstitutunun elmi işçisinin saxlanılmasına münasibət bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Azərbaycanın Təbrizdəki Baş Konsulluğu AMEA Ədəbiyyat İnstitutunun elmi işçisinin saxlanılmasına münasibət bildirib

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu AMEA Ədəbiyyat İnstitutunun elmi işçisinin saxlanılmasına münasibət bildirib


Azərbaycanın Təbrizdəki Baş Konsulluğu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin İranda saxlanılmasına münasibət bildirib.


Baş Konsulluğun vitse-konsulu Nəriman Orucəliyev bildirib ki, bu barədə mətbuatdan xəbər tutublar: “Hazırda bu məsələ konsulun diqqətindədir və tərəfimizdən araşdırılır”.

Qeyd edək ki, X. Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və İran vətəndaşı olan 4 azərbaycanlı fəalın həbs edildiyi bildirilir. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

Geri dön