Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-da Güney Azərbaycan məsələsinin gündəmə gətirilməsi strateteji maraqlarımıza cavab verir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > ABŞ-da Güney Azərbaycan məsələsinin gündəmə gətirilməsi strateteji maraqlarımıza cavab verir

ABŞ-da Güney Azərbaycan məsələsinin gündəmə gətirilməsi strateteji maraqlarımıza cavab verir


“Güney Azərbaycan məsələsinin istənilən şəkildə gündəmə gətirilməsi həm taktiki, həm də strateteji maraqlarımıza cavab verir. O, artıq bizim bacarığımızdan asılıdır ki, başqalarının əlində alətə çevrilməyək”.
Bu sözləri Almaniyada yaşayan siyasi elmlər doktoru, politoloq Dr. Qurban Ələkbərov (Dağlı) Amerikanın siyasi dairələrində Güney Azərbaycan məsələsinin yenidən gündəmə gətirilməsini şərh edərkən dedi.
“Güney Azərbaycan məsələsinin beynəlxalq siyasətdə gündəmə gətirilməsi Azərbaycan Respublikasının geo-siyasi və strateteji maraqlarına tam cavab verir. İranda Azərbaycan Respublikasına dost, qardaş münasibət bəsləyən bir toplumun nümayəndələrinin bu ölkənin siyası həyatında aktiv rol oynaması cənub qonşumuzun xarici siyasət yönümündə mövcud olan anti-Azərbaycan elementlərin fəaliyyətini neytrallaşdıra bilər. Bu isə ilk növbədə həm cənub sərhədlərimizin təhlükəsizliyini, həm də Qarabağ münaqişəsinin həlli istiqamətində strateji mövqeyimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırar. Əlavə olaraq Güney Azərbaycan türklərinin milli-etnik və mədəni tələblərinin təmin olunması da iki ölkə arasında qonşuluq münasibətlərinə müsbət təsir göstərmiş ola bilər”, - deyə politoloq qeyd etdi.

Elnur Eltürk

Geri dön