Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda 3 nəfər əhalinin gözü qarşısında edam edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda 3 nəfər əhalinin gözü qarşısında edam edilib

İranda 3 nəfər əhalinin gözü qarşısında edam edilib


İranın Kirmanşah vilayətində 3 nəfər edam edilib. “Fars” xəbər agentliyinin məlumatına görə, məhbuslar qətldə və təcavüzdə günahlandırılaraq dara çəkiliblər.

Məhbusların ad və soyadları açıqlanmayıb. Onlar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 6-da səhər saatlarında Kirmanşah şəhərinin “Azadlıq” meydanında əhalinin gözü qarşısında icra edilib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 4 nəfər Əraq şəhərində, 1 nəfər isə Zahidan şəhərində edam edilib.

Geri dön