Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars futbolunun alınmaz qalası Perspolis takımı Traxturun təkərləri altında əzildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, İdman > Fars futbolunun alınmaz qalası Perspolis takımı Traxturun təkərləri altında əzildi

Fars futbolunun alınmaz qalası Perspolis takımı Traxturun təkərləri altında əzildi


Təbrizin səhənd stadionunda “Traxtur”la “Perspolis” takımları arasında başladılan futbol müsabiqəsi “Traxtur”un kəskin qələbəsi ilə bu dəqiqələrdə sona çatdı.
İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 34-cü həftəsində keçirilən müsabiqənin 1-ci hissəsində “Traxtur” takımı 1 qol vurmağa nail oldu. İkinci hissədə isə “Traxtur” tərəfindən daha 2 və “Perspolis” tərəfindən 1 qol vuruldu.
Təbrizin futbol takımı “Traxtur” tərəfindən Seyid Mehdi Salehi 32, Mehdi Kərimiyan 54 və Gilsun 90-cı, “Perspolis” tərəfindən isə Rza Həqiqi 69-cu dəqiqədə qol vurdular.
Bununlada “Traxtur-Perspolis” müsabiqəsi (3 – 1) hesabı ilə “Traxtur” takımının xeyirinə sona çatdı.
“Traxtur” əldə etdiyi yeni nəticədən sonar cədvəlin 2-ci yerinə yüksəlmiş oldu.
Qeyd edək ki, “Traxtur” tərəfdarları müsabiqə boyu milli şüarlar səsləndirib və yenicə planlı şəkildə komandadan ixrac edilmiş baş məşqçi (murəbbi) Tuni Uliveranın qayıtmasını tələb ediblər.

Geri dön