Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Iranda 2+1 koalisiyası Səid Cəlilinin xeyrinə geri çəkilə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Iranda 2+1 koalisiyası Səid Cəlilinin xeyrinə geri çəkilə bilər

Iranda 2+1 koalisiyası Səid Cəlilinin xeyrinə geri çəkilə bilər


İranın dini lideri ayətullah Əli Xamneyinin qudası Qulaməli Həddad Adil mayın 13-də jurnalistlərə iyunda keçiriləcək prezident seçkisindən danışıb.

Qulaməli Həddad Adil deyib ki, Ali Milli Təhlükəsizlik Şurasının sədri Səid Cəlilinin prezidentliyə namizədliyini irəli sürməsindən sonra “2+1” koalisiyasının üzvləri onun xeyrinə prezidentliyə namizədliyini geri götürə bilər: “Koalisiya üzvü olan Əli Əkbər Vilayəti bundan əvvəl Səid Cəlilinin xeyrinə geri çəkiləcəyini bildirib. Mən həmin xəbəri təsdiq edərək bildirirəm ki, koalisiyada təmsil olunan namizədlərin Səid Cəlilinin xeyrinə prezidentliyə namizədliyini geri götürməsi ehtimalı böyükdür.

Güman edirəm ki, mühafizəkarlar (üsulçular) seçki ilə bağlı bütün ehtimalları nəzərə almalı, sistemin məsləhətini öz şəxsi mənafelərindən üstün tutmalıdırlar. Son bir-iki gündə ölkədə baş vermiş dəyişikliklər və olaylar seçki ilə bağlı yeni şəraitə gətirib çıxarıb. Hesab edirəm ki, yeni şəraitdə mühafizəkarların bir-biri ilə vəhdət yaratması vacibdir”.

“2+1” seçki koalisiyasını beş ay əvvəl İranın dini lideri aytəullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə baş məsləhətçisi Əli Əkbər Vilayəti, Xamneyinin qudası Qulaməli Həddad Adil və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibaf yaradıblar.

Geri dön