Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhkumlar işlə təmin olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Məhkumlar işlə təmin olunur

Məhkumlar işlə təmin olunur


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub. Bununla belə daha geniş məhkum kütləsinin əməyə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər görülür. Bu sahədə həyata keçirilən son tədbir 11 saylı cəzaçəkmə müəssisəsində daha 15 nəfər məhkumun işlə təmin olunmasına şərait yaratmış istixana təşkili olunub. Müəssisənin istehsalat sahəsində istifadəsiz olan 162 kvadrat metr sahədə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixana təşkil edilib və artıq ilk məhsul yığılıb. Eyni zamanda istixanada tərəvəz bitkilərinin şitillərinin yetişdirilərək satışa çıxarılması nəzərdə tutulur.

Cəza çəkənlərin mövcud imkanlar hesabına haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Geri dön