Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyanın ən böyük və tarixi üstüörtülü bazarı baxımsızlıqdan bərbad vəziyyətə düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Dünyanın ən böyük və tarixi üstüörtülü bazarı baxımsızlıqdan bərbad vəziyyətə düşüb

Dünyanın ən böyük və tarixi üstüörtülü bazarı baxımsızlıqdan bərbad vəziyyətə düşüb


Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində yerləşən Dünyanın ən böyük və tarixi üstüörtülü bazarı baxımsızlıqdan bərbad vəziyyətə düşüb.GünazTV mətbuat mərkəzi Təbrizdə yaşayan soydaşlarımızdan əldə etdiyi məlumata görə, əsas turistik məkanlardan biri sayılan bazarın binasında iri çatlar əmələ gəlib. Yaranmış vəziyyət əhalinin ciddi narazılığına səbəb olsa da, heç bir aidiyyatı dövlət qurumu məsələylə maraqlanmır. Bazarın son vəziyyətini əks etdirən fotolar da bu tarixi məkanın bərbad halda olduğunu təsdiq edir. Baxımsızlıqdan küçə itlərinin də məskəninə çevrilən bazar tək yerli sakinləri deyil, turistləri də narahat edir. Bazarda ticarətlə məşğul olan şəxslər Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən sonra bazarın binasında yaranmış çatların daha da dərinləşdiyini söyləyirlər. Bazarın adı ölkənin tarixi binalar siyahısına daxil olsa da, rəsmi qurumlar məsələyə etinasız yanaşırlar. Təbriz üçün tarixi və mədəni əhəmiyyət daşıyan binanın bərpası üçün bazarda çalışan insanlar öz şəxsi vəsaitlərini toplayaraq, bazarı təmir etdirməyə çalışırlar. Lakin vətəndaşların topladığı vəsait bazarın tam bərpası üçün yetərli deyil. Odur ki, dövlət tərəfindən maliyyə vəsaitinin ayrılmasına ehtiyac var.
Qeyd edək ki, tarixi bazar 1389-cu ildə dünya mirası siyahəsinə keçib,İndiyədək də məqsədi üzrə fəaliyyət göstərir.Bu bazar Həmçinin Təbrizə qonaq gələn turistlərin də baş çəkdiyi tarixi məkanlardan biridir.

Dünyanın ən böyük və tarixi üstüörtülü bazarı baxımsızlıqdan bərbad vəziyyətə düşüb

Geri dön