Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Şurası Nazirlər Komitəsində sədrlik Ermənistana keçib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Avropa Şurası Nazirlər Komitəsində sədrlik Ermənistana keçib

Avropa Şurası Nazirlər Komitəsində sədrlik Ermənistana keçib


Ermənistan bu gün Avropa Şurası Nazirlər Komitəsində sədrliyi qəbul edib.


AŞ-nin mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistanın sədrliyinin prioritetləri elan olunub. Onların sırasında insan haqlarının qorunmasının möhkəmləndirilməsi, Avropada irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizə məsələləri yer alıb. Oktyabrın sonunda Ermənistanda bu məsələlərə həsr olunmuş konfrans keçiriləcək.



Qeyd edək ki, AŞ NK-da sədrlik əlifba sırası ilə rotasiya qaydasında ölkədən ölkəyə keçir. Ermənistanın sədrliyi bu il noyabrın 13-də başa çatacaq və sədrlik Avstriyaya keçəcək. Azərbaycan isə 2014-cü ilin may-noyabr aylarında quruma sədrlik edəcək.

Geri dön