Şrift:
İran səfirinin evi yaxınlığında partlayış
03.12.2014 [11:54] - Gündəm, Hadisə
Hadisə Yəmənin paytaxtı Sənada baş verib
Yəmənin paytaxtı Sənada güclü partlayış baş verib.

Euronews telekanalının Yəmən rəsmilərinə istinadən verdiyi məlumata görə, partlayış İranın Yəməndəki səfirinin yaşadığı evin yaxınlığında törədilib. Avtomobilin partladılması nəticəsində bir neçə yəmənli və iranlı təhlükəsizlik qüvvəsi əməkdaşının öldüyü bildirilir.

İranlı diplomatın aqibəti barədə hələlik məlumat yoxdur.

Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed