Şrift:
Cəlilabadda yol qəzasında iki nəfər ölüb
08.12.2014 [14:28] - Xəbərlər, Hadisə
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, dekabrın 6-da saat 22 radələrində Cəlilabad şəhərində rayon sakini Ramil Bayramovun və Masallı rayon sakini Əlisəfa Nurulayevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

R.Bayramov və Ə.Nurullayevin sərnişini - həmyerlisi Nəzi Mehdiyev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed