Şrift:
Paytaxt polisinin yüksək rütbəli 6 əməkdaşı işdən çıxarılıb
15.12.2014 [14:59] - Gündəm, Hadisə
Bakı Şəhər Baş Polis İdarəsinin yüksək rütbəli 6 əməkdaşı işdən çıxarılıb. APA-nın məlumatına görə, idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun imzaladığı əmrlərlə Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev, onun müavini Mövsüm Qurbanov, Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Təhqiqat İdarəsinin rəisi Ayxan Bağırov və Katibliyin rəisi Namiq Aslanov vəzifədən azad ediliblər. Onların yerinə hələlik təyinat yoxdur.

Mirqafar Seyidov paytaxt polisinə bu il noyabrın 4-dən rəhbərlik edir.

49 yaşlı general 1989-cu ilin oktyabr ayından Daxili İşlər Orqanlarında xidmətə başlayıb. 2005-ci ildən 2014-cü ilədək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed