Şrift:
Mumiyalar - Qədim Misir tarixi haqda nadir məlumatlar
17.12.2014 [12:23] - Gündəm, Hadisə
Çikaqonun Səyyar Muzeyinin alimləri 2500 il tarixi olan tabutu açıblar. Tabutu mumiyadakı xəsarətləri düzəltmək məqsədilə açan alimlər qədim Misirdəki dəfn mərasimləri haqda daha çox məlumat əldə etmək imkanı qazanıblar. Tabutun içərisindəki həddən artıq kövrək olduğundan, tabut çox ehtiyatla açıldı.

Alim Cey. P. Bruun: “İnsanlar mumiyaların çox böyük və ağır olduğunu düşünürlər, əslində isə onlar həddən artıq kövrəkdirlər. Buna görə də ən xırda ehtiyatsızlıq onlara ziyan vura bilər.”

Kiminsə ehtiyatsızlığı üzündən mumiya tabutda aşağı sürüşüb, buna görə də dizləri və dabanları sınıb.

Alimlər mumiyanın büründüyü kəfəni və üzündəki maskanı, eləcə də ayaqlarını düzəltməlidirlər. Ona görə də mumiya tabuta elə bərkidilməlidir ki, gələn il nümayiş etdirilmək üçün Los-Ancelesə aparıla bilsin.

“Tabutdan belə məlum olur ki, bu Minirdis adlı 14 yaşlı gəncin mumiyasıdır və o, Mərkəzi Misirdə Min adlandırılan allaha sitayiş edən tanınmış ruhani İnarofun oğlu olub" deyə, Barun bildirir.

Minirdisin belə gənc yaşında ölməsinin səbəbi hələ məlum deyil. Lakin bu tabutun açılması alimlərə qədim Misir tarixi haqda nadir məlumatlar almağa imkan verib.

J. P. Braun: “Hamının bildiyi kimi, mumiyaların beyni burnundan çıxarılardı. Onların daxili orqanları da çıxarılaraq, xüsusi qablara yerləşdirilir və mumiyaların yanına qoyulurdu. Lakin bu tabutu açmaqla, sonralar nələr baş verdiyini öyrənə bildirk. Belə məlum olur ki, sonralar həmin orqanlar çıxarılaraq, paketlərə bükülür,sonra isə yenidən ya insanın qarın boşluğuna yerləşdirilir, ya da ayaqlarının atasına qoyulurdu.”

Normal şəraitdə alimlər tabutlara CT skan vasitəsilə baxırlar, Lakin CT skanlə tabutdakı bəzi şeyləri görmək mümkün deyil.

Alim Morqan Nao: “Biz tabutu açdıqdan sonra mumiyanın ətrafında sarı xətt gördük və bizi bunun nə olduğu maraqlandırdı. Mumiyanı tabutdan çıxardıqdan sonra biz bu xəttin qədim misirlilərin inandığı Nut Allahın şəkli olduğunu gördük”

Nut Allahı qədim Misirdə səma allahı sayılırdı. Nut bu oğlanı o biri dünyadakı həyata aparmalı idi. Alimlərin dediyinə görə, bu nadir tapıntıdır.

Çikaqonun səyyar müzeyi bu mumiyanı 1920-ci ildə Çikaqonun Tarixi Cəmiyyətindən alıb. Bu mumiya gələn ilin sentyabr ayında Los-Ancelesdə nümayiş etdirilməlidir.
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed