Şrift:
Pakistanda partlayış: 61 ölü
31.01.2015 [00:25] - Gündəm, Hadisə
Pakistanın cənubundakı Sind vilayətinin Şikarpur dairəsində baş vermiş partlayış nəticəsində 61 nəfər həlak olub. Bu barədə "Frans Press" agentliyi məlumat verir.

Bundan əvvəl 40 nəfərin öldüyü, 55 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Pakistanın DAWN qəzeti yazır ki, partlayış cümə namazı vaxtı yerli hüseyniyyədə baş verib.

Hadisənin dəqiq səbəbləri müəyyənləşdirilməyib, lakin yerli hakimiyyət partlayıcı qurğunu terrorçu-intiharçının gətirdiyini istisna etmir.

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağırdır.
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed