Şrift:
Yaponiya baş naziri “İŞİD”in edam etdiyi yaponlardan danışarkən ağlayıb
02.02.2015 [00:57] - Gündəm, Hadisə
Yaponiya baş naziri Sindzo Abe “İŞİD” terror qruplaşmasının girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kendzi Qotonu edam etməsi xəbərinə münasibət bildirərkən ağlayıb.

Xarici KİV-in verdiyi xəbərə görə, baş nazir bu terrora qarşı çox qəzəbli olduğunu qeyd edib: “Heç bir formada qəbul edilməsi mümkün olmayan bu hadisəni şiddətlə qınayaıram. Biz terrorçuları əsla əfv etməyəcəyik. Beynəlxalq birliklə birgə İŞİD-dən bütün törətdiklərinin hesabını soruşmaq üçün çalışacağıq”.

Qeyd edək ki, İŞİD 10 gün əvvəl yaydığı videoda girov götürdüyü iki Yaponiya vətəndaşının azadlığa buraxılması üçün 72 saat ərzində 200 mln. ABŞ dolları tələb edib. Buna səbəb isə hadisədən bir neçə gün əvvəl Yaponiyanın baş naziri Sindzo Abenin İŞİDlə mübarizə aparan ölkələrə 200 mln. dollar ayrılacağı barədə qərar verməsi olub.

Verilən müddət bitdikdən sonra isə girovların edam edilməsinin videoları yayılıb.
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed