Şrift:
Türkiyəyə güclü fırtına nəticəsində ciddi ziyan dəyib, bir neçə nəfər ölüb
02.02.2015 [00:40] - Gündəm, Hadisə
Türkiyənin Marmara və Ege bölgəsinə güclü fırtına nəticəsində ciddi ziyan dəyib, bir neçə nəfər ölüb.

Anadolu Agentliyinin verdiyi xəbərə görə, fırtına nəticəsində bölgədə gəmi, vapur və dəniz avtobuslarının səfərləri dayandırılıb. Fırtaya düşmüş iki karqo gəmisinin heyəti xilas edilib.

Fırtına nəticəsində 3 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Bölgədə küləyin sürəti saatda 50-90 kilometrə çatıb. Bunun nəticəsində evlərin və inzibati binaların damı uçub, məscidlərin minarəsi yıxılıb, xeyli sayda çoxillik ağac kökündən çıxıb, magistral yolların kənarlarındakı işıq və yol ötürücü dirəkləri aşıb, yüzlərlə maşın yolların kənarında qalıb, 8 yük maşını isə küləyin təsirindən aşıb. Sahil bölgələrində yerləşən evləri və iş yerlərini su basıb.

İzmir-Ankara magistralında və İstanbulun ”Sahil yolu”nda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Türk Hava Yolları bu gün 65 daxili, 59 xarici səfərini təxirə salıb.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed